Tərəfsizlik
Qərarlar obyektiv və bərabər yanaşma prinsipi ilə verilir.
1. TƏRƏFSİZLİK, DÜRÜSTLÜK VƏ ƏDALƏT - "AZSERTUS" MMC bütün maraqlı tərəflərə dürüst, qərəzsiz və tərəfsiz yanaşma nümayiş etdirir, hər kəsə bərabər münasibət göstərir və hər cür ayrı-seçkilikdən uzaq durmağı əsas prinsiplərindən biri kimi qəbul edir.
2. ŞƏFFAFLIQ VƏ HESABATLILIQ - Qurum fəaliyyətləri haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalı, ictimai nəzarətə və qiymətləndirməyə hər zaman açıq və hazır olmalıdır.
3. ETİBARLILIQ - "AZSERTUS" MMC sənaye sahəsi başda olmaqla bütün maraqlı tərəflərin etibarını qazanmağı və qarşılıqlı inam çərçivəsində xidmət göstərməyi prioritet hesab edir.
4. GİZLİLİK - "AZSERTUS" MMC müştəri məlumatlarının və aparılan tədqiqatların nəticələrinin gizliliyini qorumaqla bağlı öhdəliklərini yerinə yetirməyi vacib hesab edir.
5. ƏMƏKDAŞLIĞA AÇIQLIQ - "AZSERTUS" MMC fəaliyyət göstərdiyi sahələrdə ölkənin ehtiyac duyduğu xidmətləri təqdim etmək üçün istənilən əməkdaşlığa açıqdır və strateji qurumlarla əməkdaşlıq edir.
6. MÜŞTƏRİYƏ QARŞI DİQQƏTLİ OLMAQ - "AZSERTUS" MMC müştərilərdən daxil olan təklif və şikayətlərə, fərqli fikir və baxışlara dəyər verir və bu rəyləri xidmət keyfiyyətinin artırılması üçün mühüm hesab edir.
7. DƏYİŞİKLİKLƏRƏ VƏ YENİLİKLƏRƏ AÇIQLIQ - "AZSERTUS" MMC fəaliyyət göstərdiyi və göstərməyi planlaşdırdığı sahələrdə davamlı inkişafı təmin etmək üçün yenilikləri izləyir və lazımi dəyişiklikləri həyata keçirir.
8. MƏSULİYYƏT - "AZSERTUS" MMC, cəmiyyətin maraqlarını nəzərə alaraq sosial məsuliyyətini dərk edir və fəaliyyətini bu prinsiplər əsasında həyata keçirir.
MƏQSƏDLƏRİMİZ- "AZSERTUS" MMC-nin institusional potensialının gücləndirilməsi;
- Fəaliyyət göstərdiyi sahələrin ölkənin rəqabət qabiliyyəti və rifah səviyyəsinə təsiri barədə işgüzar dairələrin, dövlət hakimiyyəti orqanlarının və cəmiyyətin məlumatlılığını artırmaq;
- Ölkəmizin inkişafını təmin etmək üçün milli sertifikatlaşdırma və inspeksiya sisteminin təkmilləşdirilməsi;
- Azərbaycanın beynəlxalq qurumlarda iştirakının aktivləşdirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi.
Məqsədimiz müraciət edən təşkilatlara aydın, məsuliyyətli və standartlara uyğun xidmət yanaşması təqdim etməkdir.
Qərarlar obyektiv və bərabər yanaşma prinsipi ilə verilir.
Proseslər sənədli, izah edilə bilən və izlənə bilən formada aparılır.
Standartlar və bazar tələbləri dəyişdikcə yanaşmamız da yenilənir.