Kimə lazımdır?
- İdxalçılar və distribyutorlar
- Yerli istehsal müəssisələri
- Satış, ixrac və satınalma tələblərinə hazırlaşan şirkətlər
Sertifikatlaşdırma bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əminlik yaradan bir vasitədir. Sertifikatlaşdırmanın rolu üçüncü tərəfdən göstərilən tələblərin yerinə yetirilməsinin qərəzsiz və səlahiyyətli nümayişi ilə qurulan inam və etibar dərəcəsidir.
Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq, dövlətlərarası və milli standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır.
Məhsul və xidmətlərin sertifikatlaşdırılması aşağıdakı funksiyaları həyata keçirir:
• bazarda insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) mövcudluğunun qarşısının alınması üçün məlumatlılıq;
• istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik;
• Respublikada müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq.
Məhsulun bazara çıxarılması, satışa hazırlanması və ya müştəri tələblərinin qarşılanması zamanı düzgün sənəd və uyğunluq yolunu aydınlaşdırın.
Xidmət növünü, sektorunuzu və mövcud vəziyyəti yazın. Komanda sizi sənəd, proses və növbəti addım üzrə yönləndirsin.